Bu əlamətlərdən biri varsa, təcili COVİD-19 analizi verin

 10:26 07.11.2021     566

Redaktor.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, pandemiyanın yayılmağa başlamasından artıq yarım ildən çox bir vaxt keçsə də, hələ də dünya elmi yeni virus qarşısında acizdir.

Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır.

Bütün bunlara baxmayaraq bir neçə nüans var ki, artıq onları “COVİD-19”un ilkin əlamətləri hesab etmək olar. Bunlar aşağıdakılardır:

Qanda oksigen faizinin azalması (90%-dən az olması)

Oynaqlarda ağrı

Qarın ağrısı

Hazırda həkimlər davamlı quru öskürəyə fikir verməyi və şübhəli hal yarandıqda hərarətin mütəmadi olaraq ölçülməsini tövsiyə edirlər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun inkubasiya dövrünün 14 günə qədər davam etdiyini bildirir.