Gürcüstanda koronavirusdan yoluxanların və ölənlərin sayı artdı

 11:07 07.11.2021     716

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 104 yoluxma halı qeydə alınıb, 67 nəfər ölüb.
Redaktor.az
  xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 752 855, ölənlərin sayı isə 10 435 nəfərə çatıb. Virusa yoluxanlardan 688 781 nəfərin sağaldığı bildirilir.