Bu ölkədə 2 milyondan çox insana üçüncü doza peyvənd vurulub

 14:31 07.11.2021     763

Bu vaxtadək İtaliyada 2 milyondan çox insan COVID-19 infeksiyası əleyhinə üçüncü doza peyvənd qəbul edib.

Redaktor.az  xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib.

Ölkədə sentyabrın 20-dən etibarən tətbiqinə başlanılan üçüncü doza peyvənd əsasən yaşı 80-dən yuxarı və xroniki xəstəlikləri olanlara vurulur.

İtaliya hazırda vaksinasiya kampaniyasında digər ölkələrlə müqayisədə müəyyən üstünlüklərə malikdir. Belə ki, bu vaxtadək ölkədə 12 yaşdan yuxarı əhalinin peyvənd olunma nisbəti 90 faizə yaxınlaşır.