Angela Merkel koronavirusla bağlı xalqa müraciət etdi

 17:45 13.11.2021     372

“Bizi qarşıda çətin həftələr gözləyir”.

Redaktor.az  “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel koronavirusla bağlı xalqa müraciətində deyib.

O, hər gün COVID-19-dan ölənlərin olduğunu xatırladıb: “Xəstəxanalar doludur. Digər xəstələr başqa yerlərə aparılmalı, əməliyyatlar təxirə salınmalıdır. Mövcud vəziyyət bizi narahat edir".