Gürcüstanda koronavirusdan ölənlərin sayı KƏSKİN ARTDI

 11:26 14.11.2021     526

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 700 yoluxma halı qeydə alınıb, 81 nəfər ölüb.
Redaktor.az
  xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 784 091, ölənlərin sayı isə 10 975 nəfərə çatıb.
Virusa yoluxanlardan 716 381 nəfərin sağaldığı bildirilir.