"Məhdudiyyətlərin aradan qaldırılması xəstəliklərin artmasına səbəb olub"

 15:11 17.11.2021     94

“Payız-qış mövsümündə respirator virus infeksiyaları artır. Hava-damcı yolu ilə yayılan xəstəliklərdən qorunma üsulları eynidir”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, keçən ilin müvafiq dövründə qrip virusuna az rast gəlinirdi: “Çünki bir sıra məhdudiyyətlər var idi. Bu il məhdudiyyətlər aradan qaldırıldığı üçün xəstəliklərin sayında artım müşahidə olunur. Bu da təbiidir. Risk qrupuna aid olan şəxslərin qripə qarşı peyvənd olunması arzu olunandır”.

“Səbəbindən asılı olmayaraq virusa yoluxan şəxs özünü izolyasiya etməlidir. Yaxma götürüldükdən sonra onun COVID-19 xəstəsi olub-olmadığı müəyyən edilir. Qərar vermək yalnız həkimlərin işidir. Tövsiyə odur ki, xəstəlik əlamətləri varsa mütləq həkimə müraciət etmək lazımdır” – mütəxəssis bildirib.