"Pfizer" koronavirsa qarşı preparat hazırlayıb

 09:21 19.11.2021     296

Aparıcı dərman şirkətləri virusun qarşısının alınması üçün tədqiqatlarını davam etdirirlər.

Redaktor.az xəbər verir ki, yaxın gələcəkdə ənənəvi vaksinləri həblər əvəz edə bilər.

Belə ki, "Pfizer" şirkəti "Paxlovid" adlı preparatının ağırlaşmış və ölüm riski yüksək olan xəstələrdə istifadə olunması üçün ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsinə (FDA) müraciət edib. Müsbət cavab veriləcəyi təqdirdə, yaxın həftələrdə həbin satışa çıxarılacağı gözlənilir.

Sözügedən dərmanın xəstəxanalara düşmə və ölüm riskini 89 faiz azaltdığı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl isə "Merck & Co" şirkətinin "Molnupiravir" adlı koronavirus əleyhinə preparatı təqdim edilmiş və İngiltərə bunun istifadəsinə icazə verən ilk ölkə olmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən