Çərəzləri yeməzdən əvvəl suda isladın - SƏBƏB

 05:00 20.11.2021     437

Çərəzlər çox faydalı məhsuldur. Onların tərkibi yağlı turşular və müxtəlif minerallarla (dəmir, kalsium, sink, maqnezium və s.) zəngindir.

Redaktor.az xəbər verir ki, mütəxəssislər hər gün bir neçə ləpə çərəz yeməyi tövsiyə edirlər. Lakin yeməzdən əvvəl çərəzləri mütləq islatmaq lazımdır.

Belə ki, çərəzlərin tərkibində olan fitin turşusu dəmir, sink və s. mineralların mənimsənilməsinə mane olur. Lakin islatdıqdan sonra fitin turşusu neytrallaşır və mənimsəmə prosesinə mane olmur. Nəticədə orqanizm daha çox faydalı maddə almış olur.

Mütəxəssislər çərəzləri yeməzdən əvvəl axşamdan səhərə kimi islatmağı, səhər isə axar suda yumağı və qurutmağı tövsiyə edirlər.