Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

 16:46 20.11.2021     437

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 072 vaksin vurulub.

Redaktor.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 842, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 748 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 267 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 047 093, ikinci mərhələ üzrə 4 505 772, “buster” doza üzrə isə 700 569 nəfər təşkil edir.

2