Mütəxəssislər koronavirusun nadir fəsadlarından birini AŞKAR ETDİLƏR

 09:14 21.11.2021     555

Koronavirusdan sağalan insanlarda sonradan nadir rast gəlinən fəsadlar üzə çıxa bilər.

Redaktor.az   xəbər verir ki, bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov deyib.

O bildirib ki, COVID-19-dan sağalmış insanlarda sonradan eşitmə sinirinin zədələnməsi qeydə alına bilər.

Koronavirusun ikinci fəsadını xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis, tibb elmləri doktoru Vladislav Jemçuqov aşkarlayıb. Tibb mütəxəssisinin apardığı müşahidələr zamanı məlum olub ki, xəstəlikdən sonra beynin yayılmış zədələnməsi yarana bilər, bu zaman mikrotromboz və sistemli iltihab baş verir.