COVID-dən sağalanlar necə qidalanmalıdır?

 03:00 24.11.2021     196

Koronavirusdan sağalan şəsxlər orqanizmin bərpası üçün qida rasionuna xüsusi fikir verməlidirlər.

Redaktor.az xəbər verir ki, bunu rusiyalı həkim-terapevt və infeksionist Fəllahi Nurcahan bəyan edib.

O, gündə 5-6 dəfə, lakin kiçik porsiyalarla qidalanmağı məsləhət görüb.

“Toyuq, hind toyuğu, mal əti, yumurta kimi bol zülallı qidalar mütləqdir. Faydalı yağlar baxımından isə balıq və qoz-fındıq vacıbdir. Süd məhsulları təbii probiotiklər, dənli bikilər, meyvə-tərəvəz isə liflərlə zəngin olduğu üçün istifadə edilməlidir”, -deyə həkim bildirib.

Terapevt və infeksionist, həmçinin gün ərzində 1.5–2 litr su içməyi də unutmamağı tövsiyyə edib.