Peyvənd olunandan nə qədər sonra yoluxma riski artmağa başlayır?

 02:00 27.11.2021     264

İsraildə koronavirusa qarşı “Pfizer/BioNTech” peyvəndi ilə tam vaksinasiya olunmuş 80 000 vətəndaşın elektron tibbi qeydlərini araşdırıblar.

Redaktor.az xəbər verir ki, alimlər bu qənaətə gəliblər ki, COVID-19-a yoluxma riski peyvəndin ikinci dozasından üç ay sonra nəzərəçarpacaq dərəcədə artmağa başlayır.

Alimlər əmindirlər ki, qorunmanın daha uzun müddət davam etməsi üçün altı aydan sonra üçüncü doza ilə peyvənd olunmaq lazımdır.