Dərman istifadə etmədən qan şəkərini azaltmaq üçün sadə üsullar açıqlandı

 11:11 27.11.2021     406

Qan şəkərinin səviyyəsini aşağı salmaq üçün dərmansız və sürətli təsir göstərən bir neçə üsullar açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ingilis həkim Maykl Mosli "Daily Mail"ə müsahibəsində bildirib. O deyib ki, mahnı oxumaq dərman istifadə etmədən qan şəkərini azaltmağın sadə yollarından biridir.

Onun sözlərinə görə, mahnı oxumaq stressə qarşı reaksiya verən kortizol hormonunun səviyyəsini aşağı salmağa kömək edir.

Həkim qeyd edib ki, qan şəkərini azaltmağın digər sadə yolu isti duşdur:

"İstilik qan damarlarını genişləndirir və ürəyin bütün bədəndə qan dövranını asanlaşdırır".

M.Mosli problemin öhdəsindən gəlmək üçün asan yollardan biri kimi tərkibində ən az 75 faiz kakao olan tünd şokolad istifadəsini də vurğulayıb.