CAR-da "omikron" ştamına 100-ə yaxın yoluxma aşkarlandı

 18:44 28.11.2021     447

Niderlandda Afrika ölkələrindən gələn 13 vətəndaşda koronavirusun "omikron" ştamı aşkarlanıb.

Redaktor.az  xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Uçuşlar qadağan olunana qədər ölkəyə bir neçə reyslə ümumilikdə 61 nəfər gəlib. Onların hamısı təcridxanaya yerləşdirilib və koronavirus üçün testdən keçirilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, digər test nümunələrinin tədqiqi davam edir, çünki “omikron”a yoluxmuş şəxslərin aşkarlanması mümkündür.