Çində koronavirusa yoluxanların sayı kəskin artdı

 11:16 26.12.2021     382

Çində son 24 saat ərzində koronavirusa yerli mənşəli yeni 158 yoluxma qeydə alınıb.

Redaktor.az  xəbər verir ki, Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, yoluxmaların 157-si ölkənin şimalındakı Şaanşi əyalətində aşkar edilib.

Ölkənin cənubundakı Quangxi Cuang Muxtar Bölgəsində də bir yoluxma aşkarlanıb.

Son 24 saat ərzində xaricdən gələn 48 yoluxma olub, ölüm halı qeydə alınmayıb.

Dekabrın 9-dan bəri 485 yoluxma aşkar edilən Şianda komendant saatı və karantin tədbirləri dekabrın 23-də tətbiq olunmağa başlayıb.

COVID-19 epidemiyasında ilk yoluxmanın ortaya çıxdığı Çində indiyədək 101 min 77 yoluxma aşkar edilib, 4 min 636 nəfər ölüb, 2 min 11 xəstənin müalicəsi davam edir.