“Omikron” bu ölkədə dominant ştama çevrildi

 11:31 26.12.2021     190

Belçikada “omicron” dominant ştama çevrilib və ilin sonuna qədər ölkədə yeni infeksiyaların 90%-dən çoxunu təşkil edəcəyi gözlənilir.

Redaktor.az  xəbər verir ki, bu barədə VTM telekanalı Leuven və Hasselt universitetlərinin virusoloqlarına istinadən məlumat yayıb.

Onların sözlərinə görə, dekabrın 25-də payızda Belçikada üstünlük təşkil edən “delta” ştamı qədər “omicron”a da yeni yoluxmalar olub. Son iki həftə ərzində ölkədə yeni ştama yoluxma hallarının sayı sürətlə artıb. Viroloqlar qeyd edirlər ki, növbəti həftə ərzində yeni infeksiyaların təxminən 90%-ni “omicron” ştamı təşkil edəcək.