Koronavirusun bədəndə qalma müddəti müəyyənləşdi

 21:14 26.12.2021     202

ABŞ-ın Milli Sağlamlıq İnstitutunun alimləri SARS-CoV-2 virusunun bədəndə qalma müddətini müəyyən ediblər.

Redaktor.az "RİA Novosti"yə istinadla xəbər verir ki, araşdırmaya görə, SARS-CoV-2 virusu bədənin əksər orqanlarına, xüsusən də ürək və beyinə daxil olaraq orada yeddi aydan çox qala bilir.

Alimlər 230 günə yaxın müddətdə müxtəlif anatomik bölgələrdə apardıqları müşahidələr nəticəsində bu qənaətə gəliblər. Müşahidələr zamanı SARS-CoV-2 orqanizmin demək olar ki, hər bir orqanında aşkar edilib. Hətta yüngül simptomları olmayan xəstələrdə də virus orqanizmdə geniş yayılır.

Bununla belə, elm adamları ağciyərlərdən kənarda heç bir ciddi iltihab aşkar etmədiklərini vurğulayıblar.