Bu ölkədə ardıcıl beşinci gündür koronavirusa maksimum yoluxma qeydə alınır

 22:37 31.12.2021     288

Yunanıstanda ardıcıl beşinci gündür koronavirusa maksimum yoluxma qeydə alınır.

Redaktor.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, Milli İctimai Səhiyyə Təşkilatından verilən məlumata görə, son sutkada 40 560 yoluxma faktı müəyyən olunub. 

Ölkədə gün ərzində 76 nəfər koronavirus səbəbindən həlak olub.

Bununla da, Yunanıstanda yoluxanların ümumi sayı təxminən 1,21 milyon nəfərə, ölənlərin sayı isə 20 790 nəfərə çatıb.  

Yunanıstanın səhiyyə naziri Thanos Pleuris bildirib ki, rekord artım “Omikron” ştammıyla bağlıdır. Koronavirusun sürətlə yayılması ilə əlaqədar ölkə hakimiyyəti dekabrın 30-dan etibarən bir sıra yeni məhdudiyyətlər tətbiq edib.