Yunan alim “omicron” ştamının azalacağı tarixi AÇIQLADI

 17:08 01.01.2022     295

“Koronavirusun “omicron” ştamı ilə yoluxma dalğası fevralın 20-dək azalacaq”.

Redaktor.az  xəbər verir ki, bunu Aristotel Universitetinin professoru Demosfen Sariyannis “Newsbeast” nəşrinə verdiyi açıqlamasında deyib.

Sariyannisin sözlərinə görə, yeni ştama yoluxmalarda artımlar yanvarın 20-22-dək davam edəcək. Bu zaman həftə ərzində orta göstərici 66 min yoluxma halına çatacaq. Bu isə təcrübədə o deməkdir ki, gün ərzində 80 min və hətta 100 min yolxuma faktının aşkar olunacağı günlər ola bilər. Bununla belə, bu tendensiyanın bir ay sonra, yəni fevralın 20-dək enməsi müşahidə ediləcək.  

Yunan alimin fikrincə, “omicron” ştamı çox güman ki, COVID-19-un son mutasiyasıdır.