Alimlər koronavirus xəstəliyinin səbəbini müəyyən etdi

 13:40 02.01.2022     299

Alimlər uzun müddət davam edən koronavirus xəstəliyinin səbəbini müəyyən ediblər.

Redaktor.az  xəbər verir ki, bu barədə “Journal of Translational Medicine” jurnalında yapon alimlərinin araşdırmasında deyilir.

Tədqiqata görə, koronavirus insan orqanizmində öz-özünə hücum edən antikorların yaranmasına səbəb ola bilər.

“Bizim tapıntılarımız koronavirus infeksiyasının unikallığını izah edir. İnsan orqanizmində antikorların əmələ gəlməsi sözdə uzunmüddətli COVID-19-a səbəb olur”, - araşdırmanın müəlliflərindən biri qeyd edib.

Oxşar reaksiya insan sağaldıqdan sonra və ya koronavirusun yüngül forması halında davam edə bilər.

Daha əvvəl məlum olub ki, Tokio Tibb Elmləri İnstitutunun bir qrup alimi immun sistemini möhkəm saxlayan peyvəndin yaradılması üzərində fəal işləyir.