Koronavirusu ən çox bu qan qrupu yayır

 01:00 05.01.2022     121

Böyük Britaniyanın Kent Universitetinin alimləri qan qruplarının fərqini koronavirusa yoluxma ehtimalı ilə əlaqələndiriblər. Onlar I qan qrupu olan insanların koronavirusun yayılmasına daha çox meyilli olduğunu öyrəniblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, universal donor sayılan I qan qrupu olan insanların yoluxma ehtimalı azdır, lakin onlar hər hansı digər qan qrupu olan insanları virusa yoluxdura bilərlər.

Alimlər peyvənd üçün hər hansı bir qan qrupuna üstünlük verilməsinin təsadüfi seçimdən daha pis olduğunu deyiblər.