“Pfizer” vaksininin dünya üzrə tədarükünün həcmi açıqlandı

 14:14 07.01.2022     127

“Pfizer” şirkəti 2021-ci il dekabrın 28-dək koronavirusa qarşı 2,5 milyarddan çox vaksinin tədarükünü həyata keçirib.

Redaktor.az xəbər verir ki, indiyədək dünyanın 166 ölkə və ərazisinə vaksin tədarük edilib.

Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 300 milyon nəfəri ötüb. Onlardan 5 471 856 nəfəri ölüb.

Yoluxma sayına görə ilk 3 pilləni ABŞ, Hindistan və Braziliya tutur.