Xərçəngin qatili - sarıkök

Sarıkökün tərkib hissəsi olan kurkumin orqanizmdə xərçəng riskini azaltmağa və şişlərin böyüməsini dayandırmağa kömək edir.
Redaktor.az xəbər verir ki, bu barədə ekoloji tədqiqatlarla məşğul olan Cancer Research UK xeyriyyə təşkilatı məlumat verib.
Həkimlər bu ədviyyatı xərçəng hüceyrələrini öldürə bilən “super məhsul” adlandırıblar. Onların sözlərinə görə, tərkibindəki yüksək antioksidant konsentrasiyasına görə sarıkök xərçəngin alternativ müalicəsində istifadə oluna bilər.
Onkoloji xəstəliklərə qarşı müalicəvi xüsusiyyətinə görə, mütəxəssislər ədviyyatı hətta “xərçəngin qatili” adlandırıblar.
Alimlər onu da qeyd edirlər ki, bu ədviyyatdan aktiv istifadə edən ölkələrdə xərçəngə yoluxanların sayı xeyli azdır.