Xərçəng hüceyrələrini məhv edən SARIKÖK

 22:56 09.01.2022     307

Böyük Britaniyanın Cancer Research şirkətinin həkimləri sarıköknın insanda xərçəng riskini azaltmağa kömək etdiyi və xərçəngin böyüməsinin qarşısını aldığı qənaətinə gəliblər.

Redaktor.az xəbər verir ki, onlar bildirib ki, xərçəng hüceyrələri ilə mübarizə baxımından sarıkök çox faydalıdır. Məsələ burasındadır ki, onun tərkibində xərçəng hüceyrələrini məhv etməyə qadir olan curcumin adlı maddə var.

Onda həmçinin yüksək səviyyədə antioksidant var, buna görə də həkimlər onu xərçəngin alternativ müalicəsi hesab edirlər. Bu ədviyyatın çox məşhur olduğu ölkələrdə xərçəngə daha az rast gəlinir.

Sarıkök həm də katarakta, qlaukoma və makula degenerasiyası riskini azaldır. Bundan əlavə, qanda "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.