Temperatur üç gün ərzində düşməsə, nə etməliyik? - VİDEO

 01:00 11.01.2022     83

“Azərbaycanda yayılan virusun “influenza” olmasını təxmin edirik. Onun bu formada yayılması onu göstərir ki, insanlarımız maska ilə davranış qaydalarını yaddan çıxarıblar. Gigiyena qaydalarına düzgün əməl edilmir deyə bu virus həddindən artıq sürətlə yayılmaqda davam edir”.

Redaktor.az xəbər verir ki, bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, bu virusa yoluxan xəstələrdə COVID-19 testlərinin cavabı əksər hallarda neqativ olur:

“İnfluenza”nın əlamətləri də koronavirusda olduğu kimidir. Hərarət 39-40 dərəcəyədək qalxa bilər”.

Ü.Səlimzadə onu da qeyd edib ki, “influenza”nın xəstəxana şəraitində müalicəsində antiviral dərmanlardan istifadə edilməlidir:

“Əgər antiviral dərmanlar xəstəyə kömək etmirsə, demək ikincili olaraq bakterial mənşəli infeksiya qoşulub. Bu, təsdiqlənərsə, biz antibiotiklərdən istifadə edə bilərik. Amma ev şəraitində müalicə zamanı gün ərzində temperatur salan dərmanların 6-8 saatdan bir olmaqla, 3-4 dəfə istifadəsi lazımdır. Əgər temperatur 3 gündən artıq dərmanlar vasitəsi ilə düşməsə, xəstəxanaya müraciət mütləqdir”.