Xalq artisti koronavirusdan sağaldı

 20:29 10.01.2022     338

COVİD-19 infeksiyasına yoluxan kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova evə buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında sənətkarın həyat yoldaşı Arif Əsədullayev deyib. O bildirib ki, həkimlər müalicəni ev şəraitində davam etdirməyi məsləhət görüb:

"Həyat yoldaşımla mən koronavirusa yoluxduq. Neçə gündür ki, Mərkəzi Gömrük Hospitalında müalicə olunurduq. Artıq evdəyik, həkimlər vəziyyətimizin yaxşı olduğunu deyir. Amma müalicəni ev şəraitində davam etdiririk".

Vumart və Güvən reklamı Vumart Güvən