Yeni super mutant virus gələ bilər - ALİMLƏRDƏN SOS

 22:27 10.01.2022     80

Rusiyalı alimlər bildiriblər ki, heyvanların orqanizminə daxil olduqdan sonra koronavirus çox güclü mutasiyaya uğraya bilər.

Redaktor.az xəbər verir ki, mutasiyaya uğraqdıqdan sonra virus "super mutant"a çevriləcək və xəstəliyin yeni alovlanmasına səbəb olacaq.

"Omikron variantının həm insanlarda, həm də heyvanlarda bütün sonrakı taleyini diqqətlə izləmək lazımdır. İstisna etmək olmaz ki, birbaşa və əks zoonoz ötürülmə ilə nə vaxtsa hansısa "super mutant" yarana bilər", - deyə tibb elmləri doktoru Sergey Tokarev bildirib.

Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev də qeyd edib ki, koronavirusun heyvan populyasiyasında formalaşan mutasiyaları insanlar üçün son dərəcə təhlükəli ola bilər.

"Əvvəlki SARS yarasalardan kiçik məməlilərə, onlardan isə insan orqanizminə keçib",- akademik vurğulayıb.

Eyni zamanda, alimlər xəbərdarlıq ediblər ki, bu gün pandemiyanın Omikronla bitəcəyinə inanaraq sakitləşmək olmaz.