Qonşu ölkədə “omikron”a yoluxma kəskin artdı

 08:24 13.01.2022     113

Rusiyada ötən sutka koronavirusun “omikron” ştammına 698 yoluxma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Tatyana Qolikova danışıb

Onun sözlərinə görə, yoluxma hallarının çoxu Moskva ərazisində qeydə alınıb.

Ölkədə “omikron” ştammına yoluxma hallarının sayı son 24 saatda iki dəfədən çox artıb. Belə ki, ötən gün sözügedən ştamma 305 yoluxma qeydə alınmışdı.