"Zəif anemiyası olan uşaqları peyvənd edin" - Pediatrdan tövsiyə

 15:35 19.01.2022     376

“Hər hansı uşaqda qan azlığı ilə bağlı ciddi kəskin proses yoxdursa və dərin anemiya dövrünün pik həddində deyilsə, bütün peyvəndlər vurulmalıdır”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov “Uşaqlarda qanazlığı” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, peyvəndlə zəif qan azlığı arasında əlaqə yoxdur.

E.Rəhimov əlavə edib ki, xəstəliyin kəskin fazasında peyvənd vurulması tövsiyə edilmir: “Ürək qüsurlarının çoxunda belə peyvənd olunur”.

E.Rüstəmov həmçinin qurd xəstəliklərinin çoxu qanazlığına təsiri barədə də danışıb. 

O, bildirib ki, qanazlığına səbəb olan qurdlar xüsusi növdür: “Azərbaycanda belə qurd xəstəliklərinə demək olar ki, rast gəlinmir”.

2