İnfeksionist “Omikron”un müsbət tərəfini AÇIQLADI

 15:22 22.01.2022     421

“Omikron”un yaranması koronavirusun sonunun əlamətidir”.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri rusiyalı baş infeksionist, tibb elmləri doktoru, professor Vladimir Nikiforov bildirib.

“Hesab edirəm ki, pandemiya yaya qədər bitməlidir”, - deyə Nikiforov vurğulayıb.

O qeyd edib ki, əhalinin bir hissəsi bunu hiss etmədən, asimptomatik olaraq “Omikron”a yoluxacaq.

Nikiforov izah etdi ki, yoluxma sayında artıq kifayət qədər böyük artım olsa da, xəstəxanalar dolu deyil, bu o deməkdir ki, “Omikron” “Delta” ştammı qədər ağır deyil.

Vumart və Güvən reklamı Vumart Güvən