""Omikron" hələ də təhlükəlidir " - ÜST
“Koronavirusun gələcək ştamları "omikron"dan daha yoluxucu ola bilər”.
Redaktor.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove təşkilatın sosial şəbəkələrdə yayımladığı proqramında çıxışı zamanı deyib.
Ekspert əlavə edib ki, bu virus nə qədər çox yayılsa, bir o qədər çox dəyişikliklər baş verəcək: “"Omikron" müzakirə edəcəyimiz son variant olmayacaq və gələcəkdə narahatlıq doğuran variantların olması daha çox real görünür. Koronavirusun yeni ştamlarının xassələri hazırda məlum deyil, lakin onların daha yoluxucu olacağına şübhə yoxdur, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar”.
ÜST təmsilçisi bildirib ki, yeni ştamlar daha çox və ya daha az şiddətli xəstəliyə səbəb ola bilər, eyni zamanda toxunulmazlıqdan çıxa bilər: “"Omikron" hələ də təhlükəlidir və zəif hesab edilməməlidir”.












