QİÇS-in də yeni və daha təhlükəli ştammı tapıldı
İngiltərə həkimləri Hollandiyada insanın immun çatışmazlığı virusunun (İİV) VB adlı təhlükəli yeni ştamının yayıldığını müəyyən ediblər.
Redaktor.az Oksford Universitetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, təhlükə və yoluxuculuq baxımından HİV-in bütün mövcud növlərindən qat-qat təhlükəlidir.
"Bizim kəşfimiz əhalinin həssas kateqoriyaları arasında mütəmadi olaraq İİV testinin keçirilməsi ilə bağlı ÜST tövsiyələrinə əməl etməyin zəruriliyini vurğulayır. Bu, nəinki immun çatışmazlığı virusu daşıyıcılarının çoxlu həyatını xilas edəcək, həm də bu patogeninyeni variasiyalarının ötürülməsinin qarşısını alacaq", - Oksford Universitetinin professoru Kristof Freyzer deyib.
ÜST-nin statistikasına görə, dünyada immun çatışmazlığı virusunun daşıyıcılarının sayı təxminən 37,7 milyon nəfərdir ki, onların da 67%-dən çoxu müxtəlif Afrika ölkələrində yaşayır.
İİV insan immun hüceyrələrinə onun qabığını örtən zülallardan istifadə edərək nüfuz edir. Bu molekulların strukturu, eləcə də onlarla əlaqəli şəkər zəncirləri virus çoxaldıqca sürətlə dəyişir, immunitet sistemini bir növ "silahlanma yarışında" iştirak etməyə məcbur edir, daim yeni antikor dəstləri istehsal edir. Bu proses immun sistemi üçün görünməyən İİV-in yeni variasiyalarının yaranmasına gətirib çıxarır.
Professor Freyzer və onun həmkarlarının qeyd etdiyi kimi, elm adamları bu prosesin ölümcül və yoluxuculuq baxımından orijinal versiyalarından nəzərəçarpacaq dərəcədə üstün olan yeni İİV ştammlarının yaranmasına səbəb ola biləcəyindən çoxdan qorxurlar. Avropalı bioloqlar immunçatışmazlığı virusunun belə variasiyasının yaranmasının ilk nümunəsini beynəlxalq BEEHIVE layihəsinin iştirakçılarından qan nümunələrinin öyrənilməsi zamanı aşkar ediblər.
17 xəstə immun çatışmazlığı virusunun eyni variantının daşıyıcısı olub, mutasiyaları və davranışları ilə HİV-in digər növlərindən kəskin şəkildə fərqlənib. Bu, İİV-in VB adlı yeni formasının daşıyıcılarının orqanizmində virus hissəciklərinin konsentrasiyasının normadan 5 dəfə çox olması, xəstələrin immunitetinin isə adi haldan iki dəfə tez tükənməsi ilə özünü göstərib.
Virusun bu variasiyasının bütün daşıyıcıları, tədqiqatda iştirak edən 17 iştirakçıdan 15-i Hollandiya vətəndaşı olub. Bu müşahidə alimləri yaxın və ya uzaq keçmişdə HİV-ə yoluxmuş bir neçə yüz Hollandiyalıdan qan nümunələri toplamağa və onların viruslarının genomlarını deşifrə etməyə vadar edib. Məlum oldu ki, eyni anda iki yüz xəstə VB variantının daşıyıcısıdır.
Virusun bu formasının müxtəlif nümunələrinin genomlarının ətraflı tədqiqi göstərib ki, İİV-in bu variantı 1980-ci illərin sonlarında bütün Hollandiyada yayılmağa başlayıb, lakin 2010-cu ildə hələ aydın olmayan səbəblərdən onun ölkədə yayılması səngiyib.
İİV-ə yoluxmuş insanlardan alınan qan nümunələrinin sonrakı tədqiqi virusun bu variasiyasının Avropanın digər ölkələrinə və dünyanın digər bölgələrinə nüfuz edə bilib-bilmədiyini göstərəcək.
İLTİFAT












