"Üçüncü döza, nə bilim iyirmi səkkizinci doza kimi məcburi qaydalar ləğv edilməlidir" - Tanınmış həkim

 23:07 09.02.2022     1566

"Omikron" Azərbaycan vətəndaşlarını necə lazımdır vaksinasiya etdi".

Redaktor.az xəbər verir ki, bunu tanınmış həkim-nevopatoloq Qalib Əsədov özünün feysbuk hesabında yazıb.

"Yeri gəlmişkən məlum olub ki, koronovirus mutasiya nəticəsində ağ ciyər toxumasına daxil olmağa kömək edən reseptoru itirib. Ona görə də əksər xəstələrdə sadəcə yuxarı tənəffüs yollarının zədələnməsi baş verir" - deyən həkim hesab edir ki, artıq əvvəlki həyat tərzinə qayıtmağın vaxtı çatıb:

"Bir sıra Avropa dövlətlərində olduğu kimi, bizdə də bütün məhdudiyyətlər aradan götürülməli, üçüncü döza, nə bilim iyirmi səkkizinci doza kimi məcburi qaydalar ləğv edilməlidir".

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən