Dünyada ilk - QİÇS xəstəsi qadın sağaldı
ABŞ-da QİÇS xəstəsi qadın sağalıb.
Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumatda leykozdan müalicə olunan qadının 14 aydır ki, İİV-dən sağaldığı qeyd edilib.
Xəstənin dünyada İİV-dən sağalmış üçüncü şəxs və ilk qadın olduğu güman edilir.
Bununla belə, alimlər göbək qanı ilə transplantasiya metodunun İİV-ə yoluxmuş insanların əksəriyyəti üçün uyğun ola bilməyəcək qədər riskli olduğunu vurğulayırlar.
Xəstənin nümunəsi Denverdə keçirilən tibbi konfransda təqdim edilib və bu metodun İİV-in funksional müalicəsi kimi ilk dəfə istifadəsi qeyd olunub.
Qeyd edilir ki, xəstəyə xərçəng xəstəliyi müalicəsinin bir hissəsi olaraq göbək qanı köçürüldü və həmin vaxtdan İİV-dən müalicə üçün lazım olan antiretrovirus dərmanları qəbul etməyə ehtiyac olmayıb.
Bu, ABŞ-da xərçəng və digər ağır xəstəliklərin müalicəsi üçün eyni növ qanköçürmə almış İİV-ə yoluxmuş insanlar üzərində aparılan genişmiqyaslı tədqiqatın bir hissəsi idi.
Alimlər hesab edirlər ki, bu, transplantasiya edilənlərin immun sistemində QİÇS-ə qarşı müqavimət yarana bilər.












