Şirniyyat və şokolad sevənləri hansı xəstəliklər gözləyir?

 01:00 23.02.2022     448

Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Ginzburq soda, şirniyyat və qənnadı məmulatlarından sui-istifadənin təhlükələrindən danışıb. O, qeyd edib ki, ləzzətli qidaların qəbulunun gecikmiş nəticələri tədricən üzə çıxır.

Redaktor.az xəbər verir ki, dietoloq bu fəsadların illər keçdikcə ikinci tip şəkərli diabet, diabetik daban, korluq, böyrək çatışmazlığına səbəb ola biləcyini bildirib.

Qazlı işkilərə gəldikdə, Ginzburqun fikrincə, onlar bədəndən fosforu yuyub aparır və hipertoniyanın inkişafına səbəb olur.

Həkimin sözləinə görə, şirniyyat xüsusilə uşaqlar üçün təhlükəlidir. Belə ki, bu məhsullar sayəsində onlarda piylənmə inkişaf edə bilər ki, bu da özlüyündə ciddi nəticələrə gətirib çıxaracaq.

Vumart və Güvən reklamı Vumart Güvən