Azərbaycanda bu peyvəndin istifadəsi DAYANDIRILDI

 13:24 23.02.2022     396

Azərbaycanda koronavirus əleyhinə “Astra-Zeneca” peyvəndinin istifadəsi dayandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov “Fəaliyyət üçün məlumat”: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma” mövzusunda tədbirdə məlumat verib.

Qeyd edək ki, indiyədək Azərbaycana 453600 doza “Astra-Zeneca” vaksini gətirilib.

Vumart və Güvən reklamı Vumart Güvən