İki bakal pivə beyni 10 il qocaldır

 01:19 08.03.2022     851

Pivənin iltihabın və böyrək daşının əmələ gəlməsinin qarşısını aldığı, sümükləri gücləndirdiyi və ürəyə faydalı olduğu, şərabın isə diabet əleyhinə təsir göstərdiyi sübut edilmişdir.

Redaktor.az xəbər verir ki, lakin yeni bir araşdırma spirt istehlakının qorxuducu zərərini ortaya qoydu. Tədqiqat kiçik miqyaslı bir araşdırma da deyildi.

Pensilvaniya Universiteti tərəfindən aparılan yeni araşdırma ümumilikdə 36 678 nəfərin beyin MRT-ləri nəzərə alınaraq aparılıb. Orta yaşlı və yaşlı insanları araşdıran tədqiqatçılar göstərdi ki, gündə iki bakal pivə və ya iki stəkan şəraba bərabər olan spirtli içkilərin müntəzəm istehlakı beyin zədələnməsinə və 10 il yaşlanmaya bərabər həcm itkisinə səbəb olur.

Tədqiq olunan fərdlərin sayı baxımından əvvəlki oxşar araşdırmalardan çox daha əhatəli olan bu araşdırma, spirtin beyinə verdiyi zərəri addım-addım göstərilib. Buna uyğun olaraq, sıfır spirt istehlakından gündə yarım stəkan pivəyə keçid beyin həcmini 6 aylıq yaşlanma dövrü qədər azaldıb. 

Vumart və Güvən reklamı Vumart Güvən