Şəmkirdə 3 yaşlı uşağın sol əli kəsildi

 21:25 25.04.2022     501

Şəmkir rayonunda bədbəxt hadisə baş verib. 

Redaktor.az xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. 

Belə ki, 2019-cu il təvəllüdlü Z.Məmmədova evdə nəzarətsiz qalan zaman əli ət çəkən maşında qalıb.

Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq azyaşlının sol əli biləkdən amputasiya  edilib. 

Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən