Hər gün sulu xörək yemək zərərli ola bilər

 02:44 27.04.2022     494

Qastroenteroloq Natalya Şustova şorbanın gündəlik istehlakının təhlükələri barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, onun sözlərinə görə, mədə-bağırsaq traktında qastrit, pankreatit və ya mədə xorası kimi problemi olan insanlar bu yeməyi pəhrizdən çıxarmalıdırlar. Belə ki, şorbaların tez-tez ət və ya balıq bulyonları ilə hazırlanır.

"Belə yeməklər xlorid turşusunun istehsalını stimullaşdırır. Mədə-bağırsaq traktında problemlər olduqda isə bu, zərərlidir. Şorba istehlakının azaldılması iltihabı ağırlaşdırmamağa imkan verir", - deyə Şustova bildirib.

Eyni zamanda, o, qeyd edib ki, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkməyənlər hər gün şorba yeyə bilərlər.