“Meymun çiçəyi” bu dəfə İsveçrədə AŞKARLANDI

 21:46 21.05.2022     629

İsveçrənin Bern şəhərində "Meymun çiçəyi" xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Şəxsin xaricdə yaxın fiziki təmas nəticəsində yoluxduğu bildirilir.

Xatırladaq ki, bundan öncə İsrail, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ-da "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarına rast gəlinib.