“Moderna” meymunçiçəyinə qarşı peyvənd hazırlığına başladı

 21:03 24.05.2022     729

COVID-19-a qarşı peyvənd istehsalı ilə tanınan “Moderna” meymunçiçəyi xəstəliyinə qarşı peyvəndin hazırlanmasına başladığını elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə şirkət öz tviter səhifəsində məlumat yayıb.

“Biz 2022-ci ilin mart ayında patogenlərə qarşı mübarizə proqramının genişləndirilməsini elan etdiyimizə görə və meymunçiçəyi qlobal ictimai sağlamlıq baxımından əhəmiyyət kəsb etdiyinə görə, potensial meymunçiçəyi peyvəndini klinika öncəsi səviyyədə araşdırırıq”, - deyə məlumatda bildirilir. 

Bu dərmanın inkişafının hansı mərhələdə olduğunu şirkət hələlik açıqlamayıb. Lakin bu, ilk hədəflənmiş meymunçiçəyi peyvəndi ola bilər. 

Vumart və Güvən reklamı Vumart Güvən