"Meymunçiçəyi" virusu səbəbindən ölüm halları müşahidə oluna bilər - TƏBİB-dən AÇIQLAMA
“Meymunçiçəyi virusu səbəbindən bəzi hallarda ölüm halları müşahidə oluna bilər”.
Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O bildirib ki, bu, daha çox dəri səthindəki səpkilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər:
“Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.
Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil.
Nəzrin Mustafayeva qeyd etdi ki, virusun yoluxdurucu olması üçün şərtlər var:
“Səpkilərlə yanaşı, limfa düyünlərinin şişməsi baş verir ki, bu da xarakterikdir. Bu zaman da insanlar özlərini izolyasiya etməyə çalışırlar. Bu da virusun pandemiyaya çevirilməməsinin qarşısını alır. Onun yoluxdurması üçün sıx və çox yaxın təmas olmalıdır. Dəri səthində olan yaralarla təmas olmalıdır ki, yoluxma olsun”.












