İranda meymunçiçəyi şübhəsinə görə 9 nəfərdən analiz götürüldü
İranda meymun çiçəyinə yoluxma şübhəsiylə əlaqədar 9 nəfərdən analiz götürülüb
Redaktor.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, şübhəli şəxslərdən 6 nəfərin analizinin cavabı mənfi çıxıb və digər şəxslərin analizlərinin cavabı çıxdıqdan sonra məlumat veriləcək.
Məlumatda ölkədə rəsmi olaraq hələlik meymun çiçəyinə yoluxma halının olmadığı bildirilib.












