Meymunçiçəyindən ilk ölüm qeydə alındı
Nigeriyanın Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi meymunçiçəyin xəstəliyindən ilk ölüm hadisəsini qeydə alıb.
Redaktor.az xəbər verir ki, mərkəzin məlumatına görə, indiyədək ölkədə bu virusa 21 yoluxma halı təsdiqlənib.
Ölən şəxsə gəlincə, onun immunosupressiv dərmanlar qəbul edən və əlavə xəstəlikləri olan 40 yaşlı kişi olduğu bildirilib.












