Meymunçiçəyinə yoluxanların sayı artır

 21:23 07.06.2022     2388

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə və Profilaktika Nazirliyi beş yeni meymuna yoluxma hadisəsi qeydə alıb.

Redaktor.az xəbər verir ki, bu barədə BƏƏ xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət xəstəxanalarında müalicə alan iki xəstə tam sağalıb.

Mayın 24-də BƏƏ virus haqqında məlumat verən ilk ərəb dövləti olub. Mayın 29-da BƏƏ Səhiyyə Nazirliyi daha üç, iyunun 1-də isə daha dörd yeni yoluxma halı qeydə alıb.