Koronavirusun daha təhlükəli ştammı yarana bilər - XƏBƏRDARLIQ

 01:11 09.06.2022     174

Koronavirusun yeni, daha təhlükəli ştammı ortaya çıxa bilər.

Redaktor.az APA-ya istinadən bildirir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Təşkilat sədri dünyada koronavirus pandemiyasının bitdiyi ilə bağlı yanlış təsəvvürə diqqət çəkib.

"Pandemiyanın bitdiyi hissi başa düşüləndir. Lakin bu, yanlışdır. Hər an yeni və daha təhlükəli variant ortaya çıxa bilər. Çoxlu sayda insan isə müdafiəsiz qalır",-deyə Qebreyesus bildirib.

Qebreyesus bildirib ki, dünyada COVID infeksiyasına yoluxma və ölüm hallarının sayı azalsa da ÜST ölkələri sayıq olmağa çağırır.

Ümumilikdə, tibb işçilərinin və 60 yaşdan yuxarı insanların demək olar ki, dörddə üçü koronavirusa qarşı peyvənd olunub, lakin aşağı gəlirli ölkələrdə bu rəqəm elə də yüksək deyil.