Qaraciyərini qardaşına verən müğənninin vəziyyəti ağırlaşdı - FOTO

 02:17 09.06.2022     185

Bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyovanın səhhəti ağırlaşıb. 

Redaktor.az xəbər verir ki, Türkiyədə həyata keçirilən əməliyyatdan sonra ifaçının vəziyyəti hər ötən gün daha da pisləşib. Bu səbəblə də ifaçı təcili olaraq reanimasiyaya yerləşdirilib. 

Müğənninin qaraciyərinin bir hissəsi köçürülən qardaşı Kamran Kərimbəyovun səhhəti isə yaxşılaşmağa doğru gedir. 

Qeyd edək ki, Nərminin qardaşı uzun illərdir "Hepatit B" xəstəliyindən əziyyət çəkir (lent.az).

22