İspaniyada "meymunçiçəyi" xəstəliyinə qarşı peyvəndləmə aparılacaq

 23:55 09.06.2022     395

İspaniya hökuməti bu gün "meymunçiçəyi" virusuna qarşı peyvənd strategiyasını təsdiqləyib.

Redaktor.az yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, hazırda peyvənd dozalarının məhdudluğunu nəzərə alaraq, yoluxmuş insanlarla təmasdan sonra xəstələnmə riski yüksək olan insanların vaksinasiyasına üstünlük veriləcək.

"Profilaktik peyvəndləmə indiki mərhələdə tövsiyə olunmur. Lakin bu barədə qərar xəstəliyin gələcəkdə genişlənməsi və peyvəndin mövcüdluğu nəzərə alınmaqla dəyişə blər", - qurumdan bildirilib.

Xatırladaq ki, hazırda İspaniyada adıçəkilən xəstəliyə yoluxanların sayı 230 nəfəri ötüb.

Vumart və Güvən reklamı Vumart Güvən