İsrailli həkimlər 60 uşağı müayinə edəcək

 09:57 14.06.2022     146

İyunun 19-a qədər İsrailin pediatriya sahəsində qabaqcıl mütəxəssisləri Bakıda Bonodea xəstəxanasında müxtəlif xəstəliklərindən əziyyət çəkən uşaqları müayinədən keçirəcəklər.

Redaktor.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə aparılacaq müayinələrdən sonra müalicəyə ehtiyacı olan uşaqlar müalicə kurslarına cəlb olunacaq.

İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dik qeyd edib ki, 6 israilli mütəxəssis tərəfindən 60-a yaxın uşaq müayinədən keçiriləcək: “Müayinə zamanı uşaqlarda onkoloji, genetik, nevroloji, pulmanoloji və neyrocərrahi müayinələr aparılacaq. Ciddi müalicəyə ehtiyacı olan uşaqlar sonradan müalicəyə cəlb ediləcəklər. Müalicələrin bir hissəsinin də İsraildə aparılacaq”.

İsrailin UST-dəki təmsilçisi İzabella Karakas isə müayinə ilə yanaşı bir sıra tədqiqatların da aparılacağını deyib: “Biz Azərbaycanda uşaq xəstəliklərinin nə üçün genişləndiyini araşdıracağıq. Xüsusilə hamiləlik dövründən başlayaraq xəstəlik tarixçələrini araşdıracağıq”.

Səfərləri zamanı İsrailli mütəxəssislər, həmçinin Azərbaycan Tibb Universitetinə səfər ediblər və mühazirə oxuyublar.