ABŞ-a səyahət edənlərdən COVID-19 testi tələb olunmayacaq

 14:38 14.06.2022     468

ABŞ-a hava nəqliyyatı ilə səyahət edən sərnişinlərdən COVID-19 test nəticələri, yaxud COVID-19 xəstəliyindən sağalma barədə sertifikat tələb olunmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Bildirilir ki, bu, iyunun 12-dən etibarən qüvvəyə minib.

Bununla belə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi qərara əsasən, ABŞ vətəndaşlığı və ya miqrasiya vizası olmayan şəxslər əvvəlki kimi peyvənd şəhadətnaməsini təqdim etməlidirlər.